Ruslan Abışov “Rubin”də sözünü dedi
20 aprel 2013 01:11 (UTC +04:00)

Ruslan Abışov “Rubin”də sözünü dedi

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində debüt edib. Lent.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçinin rəsmi matçda debütü Premyer Liqanın 25-ci turuna təsadüf edib.

 

Abışov Permdə “Amkar”la görüş zamanı “Rubin”in start heyətində yer alıb. O, müdafiənin sol cinahında yer alıb və 90 dəqiqəni əvəzlənmədən keçirib. Görüş heç-heçə nəticələnib – 1:1. 26-cı dəqiqədə Salomon Rondon qonaqları irəli çıxarsa da, 84-cü dəqiqədə Maksim Kanunnikov bərabərliyi təmin edib.

 

Matçın ardından Abışov “Sport-Ekspress”ə açıqlamasında deyib: “Bu anı çox gözləyirdim. Kazanda debüt etməyi və ilk matçımda “Rubin”in qələbəyə nail olmasını çox istəyirdim. Amma alınmadı. İlk yarıda biz çox yaxşı oynasaq da, fasilədən sonra “Amkar”ın təzyiqinə dözməyərək, qol buraxdıq. Əlbəttə, biz hamımız nəticədən narazıyıq”.

 

Futbolçu öz oyununu isə analiz etmək istəməyib: “Bunun üçün məşqçilər var”.

 

Qeyd edək ki, 25 turdan sonra “Rubin” 41 xalla 4-cü, “Amkar” 25 xalla 12-ci pillədə qərarlaşıb.  

 

# 1566
avatar

Oxşar yazılar