Ruslan Abışov: “Karyeramı xaricdə davam etdirməyə çox yaxınam”
17 dekabr 2012 15:07 (UTC +04:00)

Ruslan Abışov: “Karyeramı xaricdə davam etdirməyə çox yaxınam”

“İlin ən yaxşı futbolçusu seçildiyim üçün AFFA rəhbərliyinə və komanda yoldaşlarıma təşəkkür edirəm. İnanıram ki, bu, qarşıdakı oyunlarda mənə böyük stimul olacaq”. Lent.az-ın məlumatına görə, belə açıqlamanı jurnalistlərə Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Ruslan Abışov verib.

 

25 yaşlı oyunçu qış transfer dövründə başqa kluba keçməyə yaxın olduğunu da əlavə edib. O, “Xəzər Lənkəran”ın heyətində “Qarabağ”a qarşı Topaz Premyer Liqasının XVIII tur matçına çıxdıqdan sonra karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlayıb: “Bu istiqamətdə işlər “Qarabağ”la matçdan sonra aparılacaq”. 

 

Qeyd edək ki, Ruslan Abışov hansı kluba keçməyə yaxın olduğunu açıqlamayıb. Lakin həmin klubun Rusiya “Rubin”i olacağı şübhə doğurmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar