Rusiyalı çempion: "Hər şey yüksək səviyyədədir"
15 iyun 2015 10:56 (UTC +04:00)

Rusiyalı çempion: "Hər şey yüksək səviyyədədir"

0
"Mən ilk dəfə idi ki, bu qədər azarkeş dəstəyi hiss edirdim. Bakı-2015 oyunlarının azarkeşləri çox fəaldır".

 

APA-nın məlumatına görə, bunu I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə çempionu, Rusiya təmsilçisi Artyom Surkov «vestikavkaza” saytına müsahibəsində deyib. 

 

O bildirib ki, bu vaxtadək iştirak etdiyi yarışlarda bu qədər fəallıq müşahidə etməyib. «Bakı-2015 Oyunlarında həm təşkilatçılıq, həm də azarkeşlərin fəallığı yüksək səviyyədədir. Olimpiya kəndində də idmançılar üçün yaxşı şərait yaradılıb», - deyə Surkov qeyd edib. 
 


Xatırladaq ki, Surkov finalda erməni idmançı Miqran Arutyunyan üzərində 3:0 hesablı qələbə qazanaraq qızıl medala sahib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar