Rusiyanın yüngül atletika üzrə yığma komandası Pekin-2008 Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.
Məlumata görə, qərarın verilməsinə səbəb 4x100 metr estafetində çıxış etmiş qaçışçı Yuliya Çermoşanskayanın dopinq-testinin müsbət nəticə verməsi olub.
Qərar Pekin-2008 Olimpiya Oyunlarının dopinq-testlərinin təkrar yoxlanılmasından sonra verilib.
Yuliya Çermoşanskayanın dopinq-testi qadağan olunmuş iki vasitəyə müsbət nəticə verib.