“Milli komandaya baş məşqçi axtarışları davam edir”.
Bu sözləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya rəhbəri bildirib ki, Berti Foqtsun istefasından sonra yığmada boş qalan baş məşqçi postuna yenə əcnəbi mütəxəssis gətiriləcək: “Hələlik real namizəd yoxdu. İndi kimə salam verirsənsə, “Azərbaycan yığmasına baş məşqçi gedirəm” deyir. Axtarışlar davam edir. Foqtsa ümidlər böyük idi. Düşünürəm ki, baş məşqçi xarici olacaq”.
R.Abdullayev “Araz-Naxçıvan” klubunun Topaz Premyer Liqasından imtina etməsinə də münasibət bildirib: “Araz-Naxçıvan”ın Topaz Premyer Liqasında çıxışını dayandırmaq istəyi ilə bağlı qərarından xəbərim yoxdu. Başım qarışıq idi, bununla maraqlanacam. Düşünürəm ki, hakim səhvinə görə komandanı dağıtmazlar. Mən də klub rəhbəri olmuşam və belə hallarla rastlaşmışıq. “Araz-Naxçıvan”la maraqlanacam”.