Ronaldu sevinməməsinin səbəbini anlatdı
06 mart 2013 10:38 (UTC +04:00)

Ronaldu sevinməməsinin səbəbini anlatdı

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə sabiq komandası İngiltərə “Mançester Yunayted”i üzərində 2:1 hesablı qələbə barədə danışıb. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu keçirdiyi hissləri anladıb. O, qələbə topunu vurduqdan sonra qol sevinci yaşamamasının səbəbini belə izah edib: “Mən “Mançester Yunayted”ə və azarkeşlərinə hörmətimdən qol sevincini qeyd etmədim. Ora mənim ikinci evimdir. Həmin klubda hələ də mənə əziz insanlar oynayır və çalışırlar. Ora mənim çox xoşbəxt olduğum yerdir. Mən isə öz işimi yerinə yetirdim. “Real Madrid” qalib gəldi və mərhələ adladı. Məhz belə alınmasından çox razıyam. Çox əla hisslər keçirirdim, amma onları burada ifadə edə bilmədim. İndi isə hədəfimiz Çempionlar Liqasının finalına doğru addım-addım irəliləmək istəyirik”.

 

Qeyd edək ki, “Real Madrid”lə “Mançester Yunayted” arasında ilk görüş heç-heçə ilə tamamlanıb – 1:1. Cavab görüşündə “kral klubu” geridə olduğu oyunu öz xeyrinə çevirməyi bacarıb. Qələbə topunu 69-cu dəqiqədə Kriştianu Ronaldu vurub – 2:1.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334
avatar

Oxşar yazılar