Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu yayda İspaniyanın “Real Madrid” klubunu tərk edəcək. Lent.az-ın “El Pais” qəzetinə istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu “kral klubu” ilə müqaviləsini uzatmaqdan imtina edib.
O, klub prezidenti Florentino Peres ildə vergisiz 15 milyon avroluq təklifini geri çevirib.
Qeyd edək ki, Kriştianu Ronaldunun “Real Madrid”lə müqaviləsi 2015-ci ilədək qüvvədədir. Klub rəhbərliyi transfer məbləğinin aşağı düşməməsi üçün futbolçunu yayda satmağın əleyhinə deyil.