Ronaldo Raulu haqladı
23 oktyabr 2014 10:40 (UTC +04:00)

Ronaldo Raulu haqladı

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Liverpul”la oyunda qol vuran “Real”ın futbolçusu Kriştianu Ronaldo şəxsi göstəricisini bir qədər də yaxşılaşdırıb. Lent.az-ın məlumatına görə, bu, portuqaliyalı futbol ulduzunun ÇL-dəki 70-ci qolu olub. Beləliklə, Ronaldo qitənin ən nüfuzlu klub turnirində ən məhsuldar ikinci futbolçu adını yenidən ələ keçirib.

 

Qeyd edək ki, bombardirlər cədvəlinə “Real”ın keçmiş hücumçusu Raul Qonzales başçılıq edir. Onun aktivində 71 qol var. Bu isə o deməkdir ki, Ronaldo daha 1 qol vuracağı təqdirdə, Raula çatacaq. Messi 69 qolla onları qarabaqara izləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Tengiz Məmmədov

Oxşar yazılar