Ronaldo Messi və Noyeri geridə qoydu
24 dekabr 2014 21:06 (UTC +04:00)

Ronaldo Messi və Noyeri geridə qoydu

0

Apasport.az saytının məlumatına görə, Britaniyanın ən üfuzlu nəşri planetin 100 ən yaxşı oyunçusu sırasının ilk pilləsində Portuqaliya millisi və “Real”ın hücumçusu Kriştianu Ronaldonun adını göstərib.

 

İdman mütəxəssislərinin səslərinə əsasən, ikinci yerdə Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb. "The Guardian" "Qızıl top" mükafatının digər namizədi Manuel Noyeri isə (Almaniya, "Bavariya") üçüncü edib.

 

Qeyd edək ki, Aryen Robben (Hollandiya, "Bavariya") dördüncü, Tomas Müller (Almaniya, "Bavariya") beşinci, Luis Suares (Uruqvay, "Barselona") altıncı və Neymar (Braziliya, "Barselona") yeddinci olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar