Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo “Barselona”dakı həmkarı Lionel Messini söyməsi haqda yayılan iddiaya cavab verib. Bu informasiyanı təkzib edən portuqaliyalı ulduz məhkəməyə müraciət edəcəyini bildirib: “Tamamilə yanlış məlumatdır. Vəkilimlə danışdım, həmin şəxsi məhkəməyə verəcəyik. Messi də daxil olmaqla, bütün həmkarlarıma hörmətlə yanaşıram”.
Qeyd edək ki, İspaniyanın tanınmış futbol şərhçilərindən olan Gilyem Balakenin “Messi” adlı yeni kitabında Ronaldonun Messini söyməsi ilə bağlı iddia ortaya atılıb.