Roberto Karlosdan AFFA-nın təklifinə <span style="color:red;">“YOX”
22 oktyabr 2014 12:57 (UTC +04:00)

Roberto Karlosdan AFFA-nın təklifinə “YOX”

AFFA Berti Foqtsun istefasından sonra millinin boş qalmış baş məşqçi postuna namizədlərin axtarışını davam etdirir. Lent.az-ın rekord.az-a istinadən verdiyi məlumata görə, federasiya rəhbərliyi daha bir məşqçidən rədd cavabı alıb.

Söhbət Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlosdan gedir. Braziliyalı karyerasının son dönəmlərini bizə yaxın ərazilərdə keçrib. O, futbolçu kimi qonşu Türkiyənin "Fənərbağça" və Rusiyanın "Anji" klublarında forma geyinib. Hazırda da baş məşqçi olaraq, "Sivasspor"da fəaliyyətini davam etdirir. Rusiya və Türkiyə mühitinə uyğunlaşması, üstəlik, rus və türk dillərini qismən bilməsi onun Azərbaycan mühitinə və Azərbaycan futboluna uyğunlaşmasına problem yaratmayacaqdı. Məhz bu amilləri nəzərə alan AFFA rəhbərliyi Roberto Karlosa Azərbaycan millisinin baş məşqçisi postunu təklif ediblər. Hətta, 1 ilinə görə ona 4-5 milyon dollar aralığında əmək haqqı da təklif edilib. Lakin Azərbaycan futbolunun və millisinin dünya reytinq sıralamasındakı mövcud durumu Karlosun qərarına təsir edib. Deyilənə görə, o, Azərbaycan millisinə gəlməkdə illərdi yığdığı nüfuzunu xərcləmək fikrində olmadığını, eyni zamanda "Sivasspor"da özünü çox yaxşı hiss etdiyini bildirib və təklifi rədd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577
avatar

Oxşar yazılar