Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev XXXI Yay Olimpiya Oyunlarında qalib olmuş Azərbaycan idmançılarını təbrik edib.
BAXCP mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd edilib ki, Q. Həsənquliyev Olimpiada qaliblərini və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi təbrik edib: “İdmançılarımızın Rio Olimpiadasındakı uğurlu çıxışına görə onların hər birini, xüsusilə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevi, həmçinin Azərbaycana yeganə qızıl medalı qazandırmış Taekvondo Fedarasiyasını təbrik edirəm. Ümid edirəm ki, uşaq idman məktəblərini ölkənin hər bir yaşayış məntəqəsində açmaqla biz gələcəkdə daha böyük uğurlara imza atacağıq. İdmanın təbliği və inkişafı üçün şəraitin yaradılması mənəvi və fiziki baxımdan daha güclü nəslin formalaşmasını təmin edəcək. Xalqımızı olimpiadada əldə etdiyimiz qələbəyə görə bir daha təbrik edirəm”.