Braziliyanın ev sahibliyi etdiyi Rio Olimpiadasında yaşanan təşkilatçılıq uğursuzluğuna yeni biri də əlavə edilib.
Lent.az-ın xarici mətbuata istinadən məlumata görə, dünyanın dörd bir yanından pulsuz işləmək üçün Rio De Janeyroya gələn 50 min könüllüdən əksəriyyəti işini buraxıb.
Səbəb olaraq isə onların uzun müddət fasiləsiz çalışdırılması və 8-9 satlıq iş rejiminə baxmayaraq sadəcə qəlyanaltı olaraq qidaların verilməsi göstərilir.
Hazırda müraciət edən 50 min könüllüdən cəmi 35 mini qalıb.