Rəsul Çunayev Azərbaycana üçüncü qızıl medalı qazandırdı
13 iyun 2015 20:27 (UTC +04:00)

Rəsul Çunayev Azərbaycana üçüncü qızıl medalı qazandırdı

Yunan-Roma güləşi üzrə millimizin liderlərindən olan Rəsul Çunayev finalda  macarıstanlı Balint Korpasi üzərində qələbə sayəsində Avropa Oyunlarının qızıl medalına sahib çıxıb - 4:2. Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib.

 

Apasport.az saytının məlumatına görə,  Çunayev rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.

 

Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. "Neftçi İdman Klubu"nun üzvü Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar