Rəşad Sadıqovun keçmiş komanda yoldaşı “Qalatasaray”da
13 aprel 2013 15:59 (UTC +04:00)

Rəşad Sadıqovun keçmiş komanda yoldaşı “Qalatasaray”da

“Qalatasaray” klubu “Eskişehirspor”un və Türkiyə milli komandasının futbolçusu Alper Potukla müqavilə bağlayıb. Lent. az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, istedadlı dayaq yarımmüdafiəçisi ilə bütün məsələlərdə razılığa gəlinib.

 

22 yaşlı oyunçu ildə 1,3 milyon avro, hər oyunu üçün isə 15 min avro qazanacaq. “Eskişehirspor” da razılıq versə, Alper yayda “Cim-Bom”a keçəcək.

 

Qeyd edək ki, Alper Potuk karyerasına elə indiki klubunda başlayıb. Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov 2010-2011-ci il mövsümündə onun komanda yoldaşı olub.

# 975
avatar

Oxşar yazılar