"Real"-"Qalatasaray" qarşılaşması
09 aprel 2013 23:51 (UTC +04:00)

"Real"-"Qalatasaray" qarşılaşması

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın turnirdəki 3 təmsilçisindən 2-si səfər sınaqlarına çıxıb. “Real” İstanbulda “Qalatasaray”ın, “Malaqa” Dortmundda “Borussiya”nın qonağı olur.

Almaniya klubu 1997-ci qalibi olduğu turnirin yarımfinalına uzun fasilədən sonra çıxmağa yaxındır. Bunun üçün “Borussiya”ya istənilən hesabla qalib gəlmək yetərlidir. “Malaqa” isə yarışın debütantı olduğundan, bu mərhələyə çıxmağı onun üçün rekorddur və bunu yeniləmək imkanına malikdir.

“Real” 9 dəfə qalibi olduğu turniri ən çox qazananlardan biridir və 10-cu zəfərə doğru irəliləyir. Ötən mövsüm yarımfinala çıxan madridlilər ardıcıl 2-ci il buna nail olmağın bir addımlığındadır. Hər halda, “Qalatasaray”ın 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağı real olmadığından, turnirdə son oyununa çıxacağı gözlənilir. “Cim Bom” isə 2000-ci ildə UEFA kubokunu qazansa da, ÇL-də indiyə kimi ən yüksək göstəricisi 1/4 finalda oynamağıdır.

Lent.az AZTV-nin təqdimatında "Real-Qalatasaray" qarşılaşmasını yayımlayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1909
avatar

Oxşar yazılar