Madrid “Real”ının sabiq futbolçusu Raul Qonzalesin karyerasını ABŞ-da davam etdirəcəyi dəqiqləşib. Lent.az-ın məlumatına görə, ispan hücumçu "Nyu-York Kosmos"la uzunmüddətli müqavilə imzalayıb. Qeyd edək ki, daha çox “Real”dakı çıxışı ilə yadda qalan Raul karyerası ərzində Almaniyanın “Şalke” və Qətərin “Əl-Sədd” klublarının da şərəfini qoruyub. Qonzales 1996-2006-cı illər ərzində formasını geyindiyi İspaniya millisində 102 oyunda iştirak edəb və 44 qol vurub.