Rafael Ağayev:<span style="color:red;"> "Bu qələbəni Azərbaycan xalqına həsr etdim"
13 iyun 2015 19:55 (UTC +04:00)

Rafael Ağayev: "Bu qələbəni Azərbaycan xalqına həsr etdim"

0

“Bu, təkcə mənim yox, prezidentimizin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidi”. Bu sözləri apasport.az saytına I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev deyib.

 

Bakı-2015-də 75 kq çəki dərəcəsində mübarizə aparan karate yığmamızın lideri birinci yeri tutması ilə bağlı hisslərini bölüşüb.

 

O, bu qələbəni Azərbaycan xalqına həsr etdiyini söyləyib: "Ən böyük arzum olub ki, karate Olimpiya idman növləri arasına düşsün. Amma bu baş tutmayıb. Əvəzində Avropa Oyunlarında iştirak etdik. Hər kəsi öpürəm, çox xoşbəxtəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar