Qurban Qurbanov: "Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzlürəm"
03 oktyabr 2014 06:10 (UTC +04:00)

Qurban Qurbanov: "Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzlürəm"

“Açığı, məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur”. Lent.az-ın Apasport.az saytına istinadən  verdiyi xəbərə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam təmsilçisi az öncə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”lə qarşılaşıb. 
 
0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov məğubiyyətlə bağlı fikirlərini açıqlayıb: “Bəzi epizodlarda çoxlu səhvlərə yol verdik. Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzlürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumu sərgiləməyə açlışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.
 
Qurbanov daha sonra bildirib ki, daha çox meydanda futbolçuların səhvindən narahatdır: “Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırıı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, “İnter” çox yaxşı müdafiə xəttinə malikdi. Onları biz səhv etməyə məcbur etdik.  Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdi. Mənim də hücumçu kimi, 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, “İnter” kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədi. Gələcəkdə yenə bu arenada oynamaq istərdim”.
 
Qurbanov daha sonra komandasının şansı barədə danışıb: “Rəqiblərimizin bu gün heç-heçə etməsi bizi daha məsuliyyətli olmağa məcbur edir. Bizi “Dnepr”lə çətin gözləyir. Bu oyundan sonra qarşıdakı planlar haqda düşünmək olar. Hazırda fikrimiz çempionata və avroliqaya yönəlib. Bu gün bütün futbolçulara güvənirəm. Hər birindən maksimum yararlanmağa çalışıram. Amma elə səhvlər olur ki... Bu gün desəm ki, kiminsə yerinə futbolçu axtarıram, bu, düzgün çıxmaz. Bakıdakı oyunda həm maraqlı, həm baxımlı olacaq. Amma “İnter” üçün asan olmayacaq”.
 
Hakimliyə gəlincə, Qurbanov onların işindən narazı qalmadığını söyləyib: “Hakimlər toxunulmazdı. Mən onlar barədə fikir söyləməyi xoşlamıram. Bu günkü oyuna görə, hansısa irad bildirmək istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1882
avatar

Oxşar yazılar