“Bolonya”nın baş məşqçisi Roberto Donadoni istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, rəhbərlik mütəxəssislə vidalaşmaq qərarına gəlib.
Bu mövsüm A seriyasında qalmaq uğrunda mübairzə aparan “Bolonya” yekunda istəyinə çataraq, çempionatı 15-ci yerdə başa vurub.
Növbəti mövsümdən “Bolonya”nı Filippo İnzagi çalışdıracağı gözlənilir.