<b>Qılıncoynatma yarışmaçısı ilk görüşdə uduzdu – <span style="color:red;">Rio-2016 </b>
08 avqust 2016 18:20 (UTC +04:00)

Qılıncoynatma yarışmaçısı ilk görüşdə uduzdu – Rio-2016

 

Rio Olimpiadasında bu gün daha bir idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, qılıncoynatma yarışlarının sablya növündə Səbinə Mikina  ümidləri doğrultmayıb.

 

İlk qarşılaşmasında tunisli Azza Besbeslə üz-üzə gələn həmyerlimiz 12:15 hesablı ilə uduzub. Düzdü, Mikina Pekin-2008-in 7-cisi, həmçinin London-2012-nin 9-cusu olan afrikalıya ciddi müqavimət göstərib. Hətta görüşün əvvəlində bir neçə dəfə önə də keçib. Lakin təcrübəli tunisli yekunda mərhələ adlayıb.

 

Qeyd edək ki, Mikina London-2012-də 1/32 finalda almaniyalı Aleksandra Bujdosoya 15:13 hesabı ilə qalib gəlsə də, ardınca ukraynalı Olqa Xarlana 10:15 hesabı ilə uduzmuşdu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar