Peyntbol çempionatının qalibi FHN komandası oldu
10 noyabr 2014 13:23 (UTC +04:00)

Peyntbol çempionatının qalibi FHN komandası oldu

0

Qəbələ şəhərində keçirilən Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatı başa çatıb.   Azərbaycan Peyntbol Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionat Federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və “ASAN Xidmət”in, Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən Respublika Çempionatında 1-ci yerin qalibi Fövqəladə Hallar Nazirliyinin peyntbolçuları, 2-ci yerin qalibi “ASAN Xidmət”in peyntbolçuları, 3-cü yerin qalibi Xüsusi Dövlət Mühafizə Xidmətinin peyntbolçuları olub.   1-ci yerin qalibinə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomu və Çempionatın Kuboku təqdim edilib. 2-ci yerin qalibinə çempionatın 2-ci dərəcəli diplomu, 3-cü yerin qalibinə çempionatın 3-cü dərəcəli diplomu təqdim olunub. Eyni zamanda 1-2-3-cü yerləri tutan peyntbolçulara qiymətli hədiyyələr təqdim edilib. Digər komandaların nümayəndələri isə Gənclər və İdman Nazirliyinin və Peyntbol Federasiyasının iştirakçı diplomları ilə təltif olunublar. Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Toqayev və baş katib Viktoriya Sorantçeva təltifetmədə iştirak edərək, qalib komandaları Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və Dünya Peytbol çempionatında iştiraka dəvət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1068

Oxşar yazılar