Qaydasız döyüşçülərimiz rəqiblərinə qalib gəlib
28 sentyabr 2015 14:09 (UTC +04:00)

Qaydasız döyüşçülərimiz rəqiblərinə qalib gəlib

Azərbaycan Pankration,Grappling və MMA (Mixed Martial Arts) Federasiyası təşkilatçılığı ilə Bakıda  MMA idman növü üzrə Beynəlxalq turnir keçirilib.

Lent.az-ın məlumatına görə, turnirdə  Azərbaycan idmançıları dünya idmançılarına qarşı döyüşüblər. Ümumi hesabda 3-1 qalib gələn Azərbaycan yığmasında  Vüqar Kərəmov və Tofiq Musayev maraqlı döyüş nümayiş etdirib.

 

71 kq çəki dərəcəsində döyüşən Pankration və MMA üzrə dəfələrlə dünya və Avropa çempionu, 2012-ci ildə Rusyanın Sankt-Peterburq  şəhərində  keçirilən  Dünya Oyunlarının qalibi olan Vüqar Kərəmov gürcüstanlı rəqibi Georgi Barkalaya  tam üstünlüklə  qalib gəlib.

 

77 kq çəki dərəcəsində döyüşən MMA və Uşu-Sanda üzrə dünya çempionu Tofiq Musayev rusyalı rəqibi Maqamedzahidov Şamilə nakautla qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar