Bir oyunda 53 qol buraxdı, çempionatı tərk etdi
06 noyabr 2014 12:46 (UTC +04:00)

Bir oyunda 53 qol buraxdı, çempionatı tərk etdi

İspaniyada futbol üzrə gənclər liqasında futbol tarixində nadir hallarda görünən hesab qeydə alınıb. Lent.az-ın məlumatına görə, aşağı yaş (11-12) qruplarının oyununda “Atletiko Aznalkazar”la qarşılaşan “Palomares Junior” 0:53 hesablı məğlubiyyət acısı yaşayıb. Bu sayda qolu 68 dəqiqə ərzində qapısından buraxan “Palomares Junior” klubunun rəhbərliyi Sevilya Futbol Federasiyasına liqadan çəkildiyini bildirib. Rəhbərlik “Çox ağır hesabdır, idman prinsiplərinə yaraşmır” deyərək, rəqibi günahlandırıb. Onlar ehtiyat qüvvələrinin olmamasını və oyuna 1 nəfər azlıqda çıxdıqlarını əsas gətirərək, özlərinə bəraət qazandırmağa çalışıblar. Bu qarşılaşma Sevilyada əməlli-başlı ajiotaj yaradıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399
avatar

Oxşar yazılar