Qapıçı karyerasının 130-cu qolunu vurdu
15 avqust 2015 06:26 (UTC +04:00)

Qapıçı karyerasının 130-cu qolunu vurdu

0

Qapıçılar arasında vurulan qollar üzrə dünya rekordçusu Rojerio Seni özünün 130-cu qolunu vurub.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, qapıçı Brazilya çempionatı çərçivəsində keçirilən "San-Paulu" - "Fiqeyrense" oyununda penalti zərbəsini dəqiq yerinə yetirərək, özünün 130-cu qolunu vurub. Oyunun nəticəsinə görə "San-Paulu" rəqib üzərində 2:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, cari ildə Rojerio meydanda 42 oyun keçirib. Bu oyunlar ərzində qapıçı penalti zərbələrindən 7 qol vurmağa nail olub.

 

Ümumilikdə, Rojerio meydanda 1245 oyun keçirərək 130 qol vurub. O, rəsmi olaraq Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası tərəfindən tarixdə ən çox qol vurmuş qapıçı kimi tanınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar