Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyini istisna etməyib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
“Həqiqətən, dəvət var. Səfərin baş tutacağını istisna etmək olmaz, lakin yekun qərar verildikdə biz əlavə məlumat verəcəyik”, deyə Peskov jurnalistlərə bildirib.