Bu gün I Avropa Oyunlarının məşəli Bakıya gətirilib.
Lent.az-ın xəbərinə görə, məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Prezident İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.
Daha sonra ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşəllə addımlayıb.
Prezidentin övladları da növbə ilə məşəli daşıyıblar.
Ölkənin tanınmış ictimai simaları, incəsənət xadimləri, gənc fəallar, tanınmış idmançılar məşəli daşıyıblar.