İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşısı futbolçusu müəyyənləşib.
Qol.az-ın İngiltərə Peşəkar Futbol Assosasiyasının saytına istinadən yaydığı xəbərə görə, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib.
Bununla da, misirli futbolçu cari mövsüm 3-cü dəfə ayın ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, 25 yaşlı futbolçu fevralda 3 matçda 4 qol vurub.