<b>Prandelli:</b> “Hədəfimiz Türkiyə çempionatıdır”
23 oktyabr 2014 11:58 (UTC +04:00)

Prandelli: “Hədəfimiz Türkiyə çempionatıdır”

“Borussiya”ya ağır məğlubiyyətdən (0:4) sonra “Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli açıqlama verib. Mətbuat konfransında matçla bağlı fikirlərini bölüşən italyan çalışdırıcı hədəflərinin Türkiyə Superliqası olduğunu deyib: “Güclü komandaya qarşı oynadıq. “Borussiya”nın hədəfi Çempionlar Liqasının qalibi olmaqdır. Bizim hədəfimiz isə Türkiyə çempionatıdır. Superliqada birinci olmalıyıq. Etiraf edim ki, ÇL-də çox güclü komandalar mübarizə aparırlar. Oyundan sonra futbolçularıma dedim ki, başımız yuxarıdır”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar