“Futbol kralı” Pele son vaxtlar problemləri ilə diqqət mərkəzinə düşür. Lent.az-ın məlumatına görə, bir neçə gün öncə böyrəyindən əməliyyat olunan Pelenin oğlu Edinyonun həbsdən azad edilməsi ilə bağlı vəsatətinə baxılıb. Lakin məhkəmə həbs qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Santos”un keçmiş qapıçısı narkotik alverdən əldə olunan çirkli pulların yuyulmasında təqsirli bilinir. İyul ayında 33 illik azadlıqdan məhrum edilən Edinyonun növbəti məhkəmədə bəraət qazanacağı gözlənilirdi. Lakin məhkəmə öz qərarını dəyişməyib.