Pele ömürlük müqaviləyə qol çəkdi
05 dekabr 2014 10:44 (UTC +04:00)

Pele ömürlük müqaviləyə qol çəkdi

0


Braziliyanın “Santos” klubu əfsanəvi futbolçu Pele ilə ömürlük müqavilə imzalayıb. Lent.az-ın məlumatına görə, adıçəkilən klub bundan sonra da marketinq kampaniyalarında “Futbol kralı”nın obrazından istifadə edəcək. Bununla bağlı klubun rəsmi saytında məlumat yayılıb: “Razılaşma əsasında Pele və “Santos” brendləri həmişə birgə fəaliyyət göstərəcək. Pele bütün dövrlərin dahi futbolçusudur. O, “Santos”un keçmişi, bu günü və sabahıdır”.

Qeyd edək ki, Pele keçən ay sağlamlıqla bağlı problem yaşayaraq, xəstəxanaya yerləşdirilmişdi. Hazırda müalicə alan 74 yaşlı əfsanəvi futbolçunun durumu normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar