Parxomenko bacıları millidən getdilər
09 oktyabr 2014 12:15 (UTC +04:00)

Parxomenko bacıları millidən getdilər

0

Yelena və Oksana Parxomenko bacıları Azərbaycanın voleybol millisində çıxışlarını başa vurublar. Lent.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında xüsusi yazı dərc edilib. Yazıda bildirilir ki, millimiz növbəti ciddi sınağına - AVRO-2015-in pley-off mərhələsinə bacılarsız qatılacaq. Onlar bu qərarı hazırda İtaliyada davam edən, lakin Azərbaycanın vidalaşdığı dünya çempionatında veriblər.

Qeyd edək ki, Oksananın millidə debütü 1998-ci ilə təsadüf edib. Yelena isə 2003-cü ildən yığmanın şərəfini qoruyurdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1050

Oxşar yazılar