Oyun vaxtı azarkeş qapıçının belinə mindi
05 fevral 2013 17:45 (UTC +04:00)

Oyun vaxtı azarkeş qapıçının belinə mindi

Futbol üzrə İngiltərə çempionatının 4-cü liqasında “Cillingem”lə oyun zamanı azarkeş “Uikom” klubunun qapıçısı Cordan Arçerin belinə tullanıb. Lent.az-ın məlumatına görə, hadisə uzatma dəqiqələrində Arçer topu oyuna daxil etdiyi vaxt baş verib.

 

Həmin vaxt “Uikom” 1:0 hesabı ilə öndə olub. Qapıçının vaxtı uzatmasından əsəbiləşən “Cillingem”in 17 yaşlı fanatı meydana girərək, onun üstünə atılıb. Azarkeşi stadion işçisi dərhal zərərsizləşdirib. Oyun elə bu hesabla başa çatıb.

 

Qeyd edək ki, hazırda “Uikom” 24 komanda arasında 14-cü, “Cillingem” isə 2-ci pillədə qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1927
avatar

Oxşar yazılar