Olimpiya çepionuna 6 ay cəza verildi
07 oktyabr 2014 12:12 (UTC +04:00)

Olimpiya çepionuna 6 ay cəza verildi

0

Olimpiya çempionuna 6 ay cəza verilib. Lent.az-ın milliyyet.com.tr-ə istinadən məlumatına görə, ABŞ Üzgüçülük Federasiyası sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, olimpiya çempionu Maykl Felpsi milli komandanın heyətindən 6 aylıq uzaqlaşdırıb.  

 

Sentyabrın 30-da Mariland əyalətinin Baltimore kəndində içkili avtomobil idarə etmək və sürət həddini aşdığına görə 29 yaşlı üzgüçü polis tərəfindən saxlanılıb. Üzgüçülük Federasiyası federasiyanın və üzgüçülük idmanın nüfuzunu zədələdiyinə görə 6 aylıq cəza verib.

 

Bununla da olimpiya çempionu 2015-ci ildə “Dünya Su İdmanları” çempionatında iştirak edə bilməyəcək. Buna səbəbdən o, komandanın heyətindən uzaqlaşdırıb.  

 

Qeyd edək ki, Maykl Felps 2004-cü ildə də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 18 aylıq, 2009-cu ildə isə narkotik maddə qəbul etdiyinə görə 3 aylıq idmandan kənarlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1686

Oxşar yazılar