Novruz bayramı Azərbaycan çempionatını ertələdi
18 mart 2013 12:30 (UTC +04:00)

Novruz bayramı Azərbaycan çempionatını ertələdi

0

Voleybol üzrə Azərbaycan çempionatında 19-cu turun görüşləri təxirə salınıb. Lent.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyası həmin turun Novruz bayramına təsadüf etməsini səbəb göstərib.

 

Öncədən oyunlar martın 22-ə nəzərdə tutulmuşdu. Matçların yeni tarixi isə hələ açıqlanmır.

 

Qeyd edək ki, qarşıdakı turda “Lokomotiv Biləcəri” – “Telekom Bakı”, “Azərreyl” – “Rabitə”, “İqtisadçı” – “Lokomotiv” qarşılaşmaları oynanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar