2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan Norveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Skandinaviya təmsilçisinin baş məşqçisi Per Matis Hoqmo az öncə keçirdiyi mətbuat konfransında heyətə 23 futbolçu çağırdığını bildirib.
Həmin futbolçular noyabrın 12-də Estoniya ilə yoldaşlıq görüşündə, 4 gün sonra isə millimizlə seçmə oyunda forma geyinmək imkanı qazanacaq.
Qapıçılar: Rune Yarsteyn (“Herta”, Almaniya), Steyn Qritebus (“Olesun”), Oryan Niland (“Molde”)
Müdafiəçilər: Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), Veqard Forren (“Molde”), Steffen Hagen (“Odd”), Per Egil Flo (“Molde”), Tom Hoqli (“Kopenhagen”, Danimarka), Martin Linnes (“Molde”), Havard Nortveyt (“Borussiya” D, Almaniya), Tore Reginiussen (“Rusenborq”)
Yarımmüdafiəçilər: Mats Möller Deli (“Kardiff”, İngiltərə), Stefan Yohansen (“Seltik”, Şotlandiya), Anders Konradsen (“Renn”, Fransa), Yone Samuelson (“Molde”), Harmit Sinqh (“Molde”), Per Villian Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettev (“Norviç”, İngiltərə), Martin Odeqar (“Stromsqodset”)
Hücumçular: Tarik Elyunissi (“Hoffenhaym”, Almaniya), Fredrik Qulbrandsen (“Molde”), Aleksander Soderlund (“Rusenborq”), Havard Nielsen (“Ayntraxt” B, Almaniya)