<b>Niko Kovaç: </b>"6:0 hesabı sürpriz oldu"
14 oktyabr 2014 10:43 (UTC +04:00)

Niko Kovaç: "6:0 hesabı sürpriz oldu"

“Futbolçularına erkən qol vurmağı tapşırmışdım. Yetirmələrim bunu bacarmaqdan əlavə, ümumilikdə oyunu möhtəşəm keçirdilər. İlk hissədə vurduqları 4 qolla mənə sürpriz etdilər". Lent.az-ın məlumatına görə, bu sözləri Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Azərbaycan matçından (6:0) sonra xorvatların baş məşqçisi Niko Kovaç deyib.

Təcrübəli çalışdırıcı qeydə alınan hesabın onun üçün də sürpriz olduğunu etiraf edib: “Hamı kimi, mən də belə hesabı gözləmirdim. Qələbə qazandığımız  üçün şadam. Qələbə seriyasını növbəti oyunlarda da davam etdirməliyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar