Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 İyun
09 iyun 2015 20:05 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 İyun

GÜNÜN ŞƏRHİ

 

"Böyük səkkizliy"in Rusiyanı silib, sıra rəqəmini yenidən "müqəddəs"ləşdirməsi Moskvanı qıcıqlandırmaya bilməzdi. Bu baxımdan Qərbin Almaniyada keçirilən "böyük yeddiliy"in zirvə toplantısına Rusiyanın alternativ cavab axtarması başa düşülən idi.

 

Şanxay Əməkdaşlıq Təşkilatına üzv və yaxud üzv olma ərəfəsində olan ölkələrin qurumun Ufa sammitinə hazırlıqla bağlı keçirilən Moskva forumunu bu düşüncə ilə atılmış addım kimi qiymətləndirmək də olar. Xatırlatma üçün qeyd edək ki, BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın qoşulduğu iqtisadi birlikdir. Bu birlik Qərbin iqtisadi bloklarında təmsil olunmayan, inkişaf etməkdə olan ölkələrin bir növ alternativ birliyi kimi yaradılıb.

 

Amma Qərb, xüsusilə ABŞ bir məsələni yaxşı dərk edir. Bu ölkələrin bir-birindən uzaq coğrafiyalarda və qitələrdə yerləşməsi BRİKS-in Avropa Birliyi tipli iqtisadi ittifaqa çevrilməsi və ümumi iqtisadi məkan yaradılması mümkün deyil. Lakin bu dövlətlərin iqtisadi əməkdaşlığa paralel olaraq siyasi əməkdaşlığı da gücləndirməsi, öz siyasətlərini əlaqələndirməsi nəzərdə tutulur, xüsusən Rusiya tərəfi buna çalışır. Bu isə birbaşa ABŞ-ın maraqlarına qarşı yönəlib.

 

Bu ölkələrin Moskva görüşündə Hindistanın son addımına gəlincə, Barak Obamanın bu ilin yanvarında Hindistana 3 günlük səfəri iki dövlət arasında məhz iqtisadi yaxınlaşmanın siqnallarını verib. Həm də Hindistanla ABŞ-ın ticarət dövriyyəsinin həcmi 100 milyard dollara yaxındır və artır. Maraq üçün qeyd edək ki, Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin həcmi ötən il 11 milyard dollar olub. Güman ki, Hindistan bundan sonra ABŞ-a qarşı yönələn təşəbbüsləri dəstəkləməyə elə də həvəsli olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar