NBA-da 2014-15 mövsümü çərçivəsində daha 4 oyun keçirilib. Lent.az-ın məlumatına görə, ən gərgin matç “Memfis” və “Sakramento” arasında baş tutub. “Filadelfiya”ya 53 xallıq fərqlə qalib gələn “Dallas” isə bununla özünə aid rekordu yeniləyib. Qeyd edək ki, “Dallas” buna qədər ən böyükhesablı qələbəsini 50 xallıq fərqlə əldə etmişdi.
“Qolden Steyt” – “Bruklin Nets” 107:99
“Qolden Steyt”: Tompson (25 xal), Karri (17 xal), Qrin (17 xal + 8 ribaund + 7 assist)
“Bruklin”: Uilyams (18 xal), Lopes (18 xal), Conson (12 xal)
“Dallas” – “Filadelfiya” 123:70
“Dallas”: Novitski (21 xal), Ellis (17 xal), Parsons (14 xal)
“Filadelfiya”: Roten (11 xal), Makdeniels (8)
“Toronto” – “Çikaqo” 93:100
“Toronto”: Louri (20 xal + 8 ribaund + 8 assist), Conson (14 xal), Ross (12 xal)
“Çikaqo”: Pau Qazol (27 xal + 11 ribaund), Batler (21 xal + 9 ribaund + 6 assist), Rouz (20 xal)
“Memfis” – “Sakramento” 111:110
“Memfis”: Konli (22 xal + 11 assist), Mark Qazol (20 xal + 7 ribaund), Rendolf (17 xal + 8 ribaund), Li (16 xal)
“Sakramento”: Qey (25 xal + 7 ribaund), Kazins (22 xal + 12 ribaund), Kollison (20 xal), Maklemor (17 xal)