“Qalatasaray” Mustafa Dənizlinin istefasını qəbul edib.
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Mustafa Dənizli ilə bağlanan müqavilə qarşılıqlı şəkildə pozulub. Sezon sonuna qədər kluba aşağı yaş qruplarının baş məşqçisi Orxan Atik rəhbərlik edəcək.
Qeyd edək ki, Mustafa Dənizli bu ilin əvvəlində “Qalatasaray”ın baş məşqçi postuna gətirilmişdi.