Mourinyo Poqbanın 'Mançester Yunayted'ə keçdiyini təsdiq etdi
08 avqust 2016 02:26 (UTC +04:00)

Mourinyo Poqbanın 'Mançester Yunayted'ə keçdiyini təsdiq etdi

İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın komandaya transfer edildiyini təsdiq edib.

 

"Report" xəbər verir ki, məşqçinin sözlərini İngiltərə klubunun "Twitter" sosial şəbəkəsindəki səhifəsi sitat gətirib.

 

"Bu təəccüblüdür ki, belə yaxşı futbolçu komandamızın bir hissəsinə çevrildi, nəhayət ki, biz onu aldıq", - deyə o bildirib.

 

Futbolçu ilə klub arasında müqavilənin imzalanmasına dair rəsmi məlumat hələ yoxdur. Gələcək sövdələşmənin detalları da açıqlanmır.

# 160
avatar

Oxşar yazılar