<span style="color:red;">Milliyə yeni namizədlər:  siyahıda Mançini də var
06 noyabr 2014 17:22 (UTC +04:00)

Milliyə yeni namizədlər: siyahıda Mançini də var

AFFA-nın Azərbaycan milli komandasına yeni baş məşqçi axtarışları davam edir. Lent.az-ın sportbox.az-a istinadən verdiyi məlumata görə, ölkənin ali futbol qurumu hazırda bir sıra mütəxəssislərlə danışıqlar aparır.

AFFA rəhbərliyinin Braziliya futbolunun canlı əfsanəsi, "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlosla Parisdə görüşü keçirilib. Görüş zamanı Azərbaycan tərəfinin gözləntiləri və tələbləri braziliyalı mütəxəssisə təqdim olunub. Karlos da öz növbəsində yığmadakı rolunu və lazımi nəticələr qazanmaq üçün nələr edə biləcəyini açıqlayıb.

R.Karlosla yanaşı, Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında İtaliyanın gənclərdən ibarət yığmasının, "Yuventus" və "Sampdoriya"nın sabiq çalışdırıcısı Çiro Ferrara da var. Həmçinin yaxın keçmişdə Bakıda səfərdə olan İtaliya millisinin sabiq üzvü Canluici Zambrotta ilə də müzakirələr aparılıb.

Tezliklə İtaliya və İngiltərədə çempionluq sevinci yaşamış Roberto Mançini ilə danışıqlara başlanacaq. Azərbaycan millisinin hansı mütəxəssisə ehtiyacı olması ilə bağlı paralel təhlillər aparılacaq. Yuxarıda adları çəkilən mütəxəssislərdən ən titullusu Roberto Mançinidir. Lakin Mançini ilə yanaşı, AFFA-nın digər titullu məşqçilərlə də danışıqlar apardığı bildirilir. Hələlik həmin mütəxəssislərin kimliyi məlum deyil.

Qeyd edək ki, AFFA bir müddət öncə Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizəd 10 mütəxəssislə danışıqlar apardığını açıqlamışdı. Onların sırasında xorvatiyalı mütəxəssis Robert Prosineçki də var.  

 

# 1239
avatar

Oxşar yazılar