Millimizin rəqibinin baş məşqçisi həbs oluna bilər
10 fevral 2015 04:43 (UTC +04:00)

Millimizin rəqibinin baş məşqçisi həbs oluna bilər

İtaliya millisinin baş məşqçisi, “Yuventus”, “Siena” və “Atlanta”nın sabiq çalışdırıcısı Antonio Konte danışılmış oyunların keçirilməsi ilə bağlı məlumatları gizlətməkdə şübhəli bilinir.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İtaliyalıların baş məşqçisi bu iş üzrə məhkəmə qarşısında dayana bilər. Cinayət işindəki şübhəlilərin sayı 130-dur.

 

Xatırladaq ki, Antonio Konte 2010/2011-ci il mövsümündə “Siena”nın baş məşqçisi olarkən analoji işdə adı keçənlərdən olub.

 

Qeyd edək ki, İtaliya millisi 2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar