Millimizin rəqibi Ermənistanla oynayacaq
10 aprel 2018 22:36 (UTC +04:00)

Millimizin rəqibi Ermənistanla oynayacaq

0

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən Malta bir neçə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, ada təmsilçisi Avstriyada təlim-məşq toplanışı keçəcək.

 

Rəqibimiz bu müddətdə Ermənistan, Gürcüstan və Moldova yığmaları ilə üz-üzə gələcək.

 

Malta seçməsi mayın 29-da ermənilərlə, iyunun 1-də gürcülərlə, iyunun 4-də isə moldovalılarla oynayacaq.

 

Bu haqda yerli futbol federasiyasının saytına baş katib Ancelo Çetkuti açıqlama verib.

 

Xatırladaq ki, yığmamız Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar