[b]Millimiz Makedoniya ilə qarşılaşacaq[/b]
27 mart 2018 07:41 (UTC +04:00)

[b]Millimiz Makedoniya ilə qarşılaşacaq[/b]

Milli komandamız bu gün növbəti sınaq matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin budəfəki rəqibi Makedoniya yığmasıdır.

 

Martın 23-də Bakı Olimpiya Stadionunda Belarus qarşısında minimal hesablı məğlubiyyətə üzülən komandamız Makedoniya ilə Antalyada oynayacaq. Millinin “sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qalibiyyət görməyən Qurbanov bu şanssızlığı qırmağa çalışacaq. Komandamızın Qurbanovun rəhbərliyi ilə daha əvvəl qarşılaşdığı hər iki rəqibdən – Moldova və Belarusdan güclü olan makedoniyalılar qarşısında hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

 

Maraqlıdır ki, indiyə qədər bu komanda ilə keçirilən 6 görüşün heç birində yığmamız qalib gələ bilməyib. İlk dəfə 2000-ci ildə qarşılaşdığımız balkanlılar 5 qələbə qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir – 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri (5 sentyabr 2001. Bakı – 1:1) bərabərliklə nəticələnib. Makedoniya qarşısında qalib gəlməklə komandamız bir deyil, bir neçə uğursuz seriyaya son qoya bilər.

 

“Mardan” stadionunda baş tutacaq qarşılaşmada videotəkrar sistemindən (VAR) istifadə olunması da maraqlı məqamdır. Türkiyəli hakimlər briqadasının idarə edəcəyi matçın baş hakimi Halis Özkahya olacaqsa, video köməkçi hakim funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.

 

 

Yoldaşlıq görüşü

 

 

27 mart

 

 

20:00. Azərbaycan – Makedoniya

 

Baş hakim: Halis Özkahya

 

Antalya. “Mardan” stadionu

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar