Millimiz İtaliyaya uduzdu
11 oktyabr 2014 01:49 (UTC +04:00)

Millimiz İtaliyaya uduzdu

0

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, Fransadakı final mərhələsinə 53 iddiaçı arasında olan Azərbaycan milli komandası ikinci oyununa səfərdə meydana çıxıb.

 

Baş məşqçi Berti Foqtsun yetirmələri H qrupunun favoriti hesab edilən İtaliya millisi ilə üz-üzə gəlib. Cari tsikldə ilk səfər sınağı olan komandamız bu görüşdə yenə uduzub – 2:1

 

Gecənin qəhrəmanı isə Corco Kellini olub. “Yuventus”un müdafiəçisi əvvəlcə matçın 44-cü dəqiqəsində hesabı açıb. Fasiləyə məğlub yollanana komandamız ikinci yarıda hesabı bərabərləşdirib. Yenə Kellini fərqlənib. Bu dəfə futbolçu avtoqola imza atıb. Lakin Corco komandasınına 3 xal qazandırmağı bacarıb.

 

Beləliklə, Bakıda Bolqarıstana 2:1 hesabı ilə məğlub olan komandamız yenə meydanı başı aşağı tərk edib.

 

Qeyd edək ki, millimizin 4 qat dünya çempionu “Skuadra Adzurra” ilə qarşılaşması Palermo şəhərinin “Renso Barbera” stadionunda baş tutub.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

İtaliya – Azərbaycan - 2:1

QOLLAR: Corco Kellini, 44; 82 - Corco Kellini, 76-avtoqol

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1646

Oxşar yazılar