Milli komandalarımızın baş məşqçiləri dəyişməyəcək
07 dekabr 2014 05:25 (UTC +04:00)

Milli komandalarımızın baş məşqçiləri dəyişməyəcək

0

Əsas və U-21 yığmalarımızdan fərqli olaraq, U-17 və U-19 millilərində baş məşqçi dəyişikliyi olmayacaq. Bu barədə apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

 

O, bildirib ki, AFFA rəhbərliyi U-17-nin baş məşqçisi Mirbağır İsayev və U-19-un çalışdırıcısı Nikolay Adamın postunda qalmasını qərara alıb: “Hər iki komanda elit mərhələyə vəsiqə qazandığından, baş məşqçilərlə müqavilə də uzadıldı. Müqavilənin müddəti isə elit mərhələnin sonuna qədər nəzərdə tutulub”.

 

Qeyd edək ki, U-17-lər arasında elit mərhələnin oyunları 2015-ci il 12-26 mart, U-19-ların yarışı isə 26 mart – 3 iyun tarixlərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar