Messi Ronaldoya çatdı
22 oktyabr 2014 07:14 (UTC +04:00)

Messi Ronaldoya çatdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, ÇL-da  69-cu dəfə fərqlənən argentinalı hücumçu  qol sayını Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb.

 

İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb. 

 

Qeyd edək ki, ÇL-da ən çox qol vuran “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321
avatar

Oxşar yazılar