Messi Ronaldonu keçib, Raulun rekorduna şərik oldu
06 noyabr 2014 02:30 (UTC +04:00)

Messi Ronaldonu keçib, Raulun rekorduna şərik oldu

0

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la görüşdə dubl edən “Barselona”nın futbolçusu Lionel Messi “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.

 

Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının forvardı Kataloniya klubunun 0:2 hesabı ilə qələbə qazandığı matçın əvvəlcə 36-cı dəqiqəsində meydan sahiblərini cəzalandıraraq, “Kral klubu”nun futbolçusu Kriştianu Ronaldoya 70 qolla şərik olub.

 

76-cı dəqiqədə daha bir dəfə fərqlənən Messi qollarının sayını 71 çatdırıb və ÇL-nin bombardirlər siyahısında Raulla birgə ilk pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1464

Oxşar yazılar