Messi günahını boynuna almadı: [b]“Hakimə söyməmişəm”[/b]
30 mart 2017 00:55 (UTC +04:00)

Messi günahını boynuna almadı: [b]“Hakimə söyməmişəm”[/b]

DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimi söydüyü üçün FİFA tərəfindən ağır cəza alan Argentinanın super ulduzu Lionel Messi susqunluğunu pozub.

 

Apasport.az saytının məlumatına görə, “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda matçın köməkçi hakiminə ağır söyüşlər işlətdiyi üçün 4 oyunluq cəzalandırılan Leo əslində işlətdiyi təhqirin ünvansız olduğunu deyib.

 

“Sözlərim yan xətt hakiminin ünvanına deyildi. Əsəbi idim və havaya söydüm” – deyə Messi bildirib.

 

Qeyd edək ki, hücumçunun klubu “Barselona” rəsmi məlumat yayaraq oyunçusuna verilən cəzaya çox təəccübləndiyini bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar